- Transfer
- 18:38 24.11.2024
"Bolonya"nın hücumçusu Coşua Zirkzi "Arsenal"ın hədəfinə çevrilib.
90deqiqe.az xəbər verir ki, İtaliya klubu niderlandlı futbolçu üçün təxminən 50 milyon funt sterlinq istəyir. Transferin yanvarda baş tutmayacağı qeyd olunur. Topçular danışıqlara hazırdırlar, lakin çox pul xərcləmək istəmirlər. Üstəlik, londonlular hesab edir ki, onların heyəti hazırda balanslaşdırılmışdır və "Bolonya" qışda futbolçunu satmaq istəmir.
Daha əvvəl bildirilmişdi ki, “Arsenal” hücumçu vəzifəsinə beş namizədi nəzərdən keçirir.
Qeyd edək ki, 22 yaşlı futbolçu bu mövsüm Seriya A təmsilçisinin heyətində 22 matçda iştirak edib, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.