- Transfer
- 23:42 30.03.2026
"Birmingem"in yarımmüdafiəçisi Cordan Ceyms karyerasını A Seriyasında davam etdirə bilər.
90deqiqe.az-ın məlumatına görə, 19 yaşlı futbolçu ilə "Atalanta" ciddi maraqlanır. Klublar arasında danışıqların ilk mərhələsi gələn həftə başlamalıdır.
Qeyd edək ki, bu mövsüm Ceyms "Birmingem"in heyətində 27 oyun keçirib və 5 qol vurub.