27 iyul 2024. Şənbə

"Tottenhem" onu geri çağırır

"Tottenhem" "Qalatasaray"a icarəyə verdiyi Tanquy Ndombeleni fasilədə geri çağıra bilər.


  • Transfer
  • 23:39 12.01.2024
  • Oxunma sayı: 78
"Tottenhem" onu geri çağırır

"Tottenhem" "Qalatasaray"a icarəyə verdiyi Tanquy Ndombeleni fasilədə geri çağıra bilər.

90deqiqe.az xəbər verir ki, "Qalatasaray" mövsümün əvvəlində son transfer günündə "Tottenhem"dən Tanguy Ndombeleni mövsümün sonuna kimi icarəyə götürüb.

Mövsümün əvvəlindən ardıcıl forma geyinməyən fransız futbolçu tənqid hədəfinə çevrilib. İngiltərə mətbuatı təcrübəli futbolçu ilə bağlı iddialar irəli sürüb.

"Football Transfers"ə görə, London klubunun baş məşqçisi Agnge Postecoğlu fransalı futbolçunu komandada görmək istəyir.

“Çelsi”nin futbolçusu Konor Qallageri 1 nömrəli transfer hədəfi hesab edən “Tottenhem” baha başa gəldiyi üçün ingilis futbolçudan imtina edə bilər. London təmsilçisi daha sərfəli qiymətə görə Gallagher əvəzinə Ndombeleni geri çağırmağı planlaşdırır.

Qeyd edək ki, Tanquy Ndombele bu mövsüm "Qalatasaray"ın heyətində 14 oyun keçirib. 27 yaşlı futbolçu 14 matçın 3-də start 11-də yer alıb.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir