- Transfer
- 18:38 24.11.2024
Rusiyanın "ÇSKA" klubunun hücumçusu Fedor Çalov karyerasını Türkiyədə davam etdirə bilər.
90deqiqe.az-ın məlumatına görə, "Trabzonspor" klubu rusiyalı forvardla yaxından maraqlanır. Super Liqa təmsilçisi Çalovu Afrika Kubokuna gedən Onuaçuya əvəzləyici kimi görür.
Çalovun hazırki komandası ilə müqavilə 2024-cü ildə başa çatır.
Qeyd edək ki, 25 yaşlı forvard bu mövsüm Moskva təmsilçisinin heyətində 26 matçda iştirak edib, 11 qol vurub və 3 məhsuldar ötürmə edib.