6 dekabr 2025. Şənbə

Terim Ardanın transferinə razılıq verdi


  • Transfer
  • 17:39 09.07.2019
  • Oxunma sayı: 623
Terim Ardanın transferinə razılıq verdi

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim müqavilə ilə "Barselona"ya məxsus olan Arda Turanın transferinə razılıq verib.

Corner.az-ın "Hürriyyət"ə istinadən yaydığı xəbərə görə, 65 yaşlı mütəxəssisin bu qərarından sonra klub rəhbərliyi sabiq futbolçusunun transferi üçün hazırlıqlara başlayıb. 31 yaşlı oyunçunun da İstanbul klubuna keçməyi çox istədiyi vurğulanıb.

"Başakşəhər"in daha 1 illik icarə müqaviləsi olan A.Turanı yüksək maaşı səbəbindən satmağa hazır olduğu iddia olunub.

Qeyd edək ki, A.Turan ötən mövsümdən "Başakşəhər"də icarə əsasında oynayır.







Transfer