27 iyul 2024. Şənbə

Kimmix PSJ-yə keçir? - özü açıqladı

"Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmix PSJ-yə keçidi ilə bağlı sualı cavablandırıb.


  • Transfer
  • 16:01 13.01.2024
  • Oxunma sayı: 67
Kimmix PSJ-yə keçir? - özü açıqladı

"Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmix PSJ-yə keçidi ilə bağlı sualı cavablandırıb.

90deqiqe.az-ın məlumatına görə, alman futbolçu hazırda Münhen klubuna kökləndiyini və hazırda ayrılmaq istəmədiyini bildirib.

"Düzünü desəm, mən yalnız Bayern haqda düşünürəm. Mənim üçün bu [keçid] ümumiyyətlə qışda mövzu deyildi.Güman edirəm ki, nə vaxtsa klub mənimlə əlaqə saxlayacaq və hər şeyi müzakirə edəcəyik.Biz bütün bunları sizinlə (jurnalistlərlə) yox, bir-birimizlə müzakirə edəcəyik."

Kimmixin Bundesliqa çempionu ilə müqaviləsi 2025-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 28 yaşlı futbolçu 2016-cı ildən "Bavariya"da çıxış edir. O, bu mövsüm Münhen klubunun heyətində 21 matçda iştirak edib, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir