27 iyul 2024. Şənbə

"Trabzonspor" onun üçün danışıqlara başladı

Moskva "ÇSKA"sının hücumçusu Fedor Çalov yaxın vaxtlarda Türkiyənin “Trabzonspor” klubuna keçə bilər.


  • Transfer
  • 22:15 13.01.2024
  • Oxunma sayı: 77
"Trabzonspor" onun üçün danışıqlara başladı

Moskva "ÇSKA"sının hücumçusu Fedor Çalov yaxın vaxtlarda Türkiyənin “Trabzonspor” klubuna keçə bilər.

90deqiqe.az xəbər verir ki, bu barədə Türkiyənin Fotomac nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə,  Trabzon təmsilçisi Fedor Çalovun mümkün transferi ilə bağlı ÇSKA ilə ilkin danışıqlar aparıb. "Trabzonspor" "Qalatasaray" və "Fənərbaxça"nın da maraqlandığı rusiyalı forvardın nümayəndələri ilə əlaqə saxlayıb.

Xatırladaq ki, Fedor Çalov bu mövsüm RPL-də ÇSKA-nın heyətində 18 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə verib. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri hazırda 12 milyon avrodur.Çalovun CSKA ilə müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.

CSKA hazırda Rusiya Premyer Liqasının turnir cədvəlində 18 çempionat oyunundan 28 xalla səkkizinci yerdədir.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir