27 iyul 2024. Şənbə

"Napoli"ni "İnter"ə dəyişir?

"İnter"in baş direktoru Cüzeppe Marotta "Napoli"nin yarımmüdafiəçisi Piotr Zielinskinin azad agent kimi mümkün transferindən danışıb.


  • Transfer
  • 00:31 14.01.2024
  • Oxunma sayı: 85
 "Napoli"ni "İnter"ə dəyişir?

"İnter"in baş direktoru Cüzeppe Marotta "Napoli"nin yarımmüdafiəçisi Piotr Zielinskinin azad agent kimi mümkün transferindən danışıb.

90deqiqe.az xəbər verir ki, o, polşalı futbolçunun keçidi ilə bağlı dəqiq bir şeyin olmadığını bildirib.

“Zielinskinin “İnter”ə keçidi? Transfer pəncərəsi açıqdır, güclənmək üçün hər cür fürsət axtarırıq. İyulda müqaviləsi bitmiş oyunçularla əlaqə saxlamağa icazə verilir. Və biz azad agentlərlə müqavilə imzalamaqda yaxşı iş görmək istəyirik. Bununla belə, hazırda Zielinskinin “İnter”ə keçidi ilə bağlı heç nə qərarlaşdırılmayıb”, – jurnalist Fabrizio Romano Marottanın X sosial şəbəkəsində (keçmiş Twitter) sözlərini sitat gətirir.

Onun neapollularla müqaviləsi 2024-cü il 30 iyuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, 29 yaşlı futbolçu 2016-cı ildən "Napoli"də çıxış edir. Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 23 matçda meydana çıxıb, üç qol vurub və üç məhsuldar ötürmə edib. Futbolçunun neapollularla hazırkı müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədərdir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 30 milyon avrodur.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir