25 oktyabr 2024. Cümə

"Qalatasaray" seneqallı hücumçu alır

 "Qalatasaray" klubu Super Liqanın digər təmsilçisi "Adana Dəmirspor"un hücumçusu M'Baye Nianqın transferini nəzərdən keçirir.


  • Transfer
  • 16:23 14.01.2024
  • Oxunma sayı: 91
"Qalatasaray" seneqallı hücumçu alır

 "Qalatasaray" klubu Super Liqanın digər təmsilçisi "Adana Dəmirspor"un hücumçusu M'Baye Nianqın transferini nəzərdən keçirir.

90deqiqe.az xəbər verir ki, bu barədə “A Spor” məlumat yayıb.

Mənbənin məlumatına görə, seneqallı futbolçu 4 aydır maaş almadığını bildirərək "Adana Dəmirspor"dan ayrılıb. Rəhbərlik 29 yaşlı futbolçunu icazəsiz komandanın binasını tərk etdiyinə görə 175 min avro cərimələyib və futbolçudan FİFA-ya şikayət edib.

"Qalatasaray"ın Mauro İkardinin zədəsi və Sedrik Bakambunun Afrika Millətlər Kubokuna getməsi səbəbindən M'Bayeni düşünməyə başladığı da bildirilir.

"Milan"ın sabiq futbolçusu ilə Adana təmsilçisi ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Transfermarkt internet portalı seneqallının bazar dəyərini 2,7 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, Nianq bu mövsüm Super Liqa klubunun heyətində 20 matça çıxıb, 8 qol vurub və 2 məhsuldar ötürmə edib.

Əlavə edək ki, "Adana Dəmirspor"un prezidenti Murat Sancak futbolçunun 4 aylıq maaş almadığı iddiasına futbolçunun maaşının tam ödənilməsi bağlı çekini sosial şəbəkə hesabında paylaşmışdı.







Transfer