- Transfer
- 18:38 24.11.2024
90deqiqe.az xəbər verir ki,"Pendikspor" "Adana Dəmirspor"dan Badou Ndiaye ilə anlaşıb. Tərəflər arasında 1,5 illik müqavilə imzalanacaq.
Daha əvvəl Türkiyənin “Osmanlıspor” və “Qalatasaray” klublarında çıxış edən futbolçu 2022-2023 mövsümündən əvvəl Yunanıstanın “Aris” komandasından “Adana Dəmirspor”a transfer olunub. 44 matçda çıxış edən Ndiaye 8 qol vurub, 5 məhsuldar ötürmə edib.
Bu mövsüm Super Liqada 9, Konfrans Liqasının seçmə mərhələsində isə 2 matça çıxan Ndiaye qolla yadda qalmıyıb. 659 dəqiqə oyunda qalan seneqallı "Adana Dəmirspor"da yaşanan maddi problemlərə görə komandasından ayrılmaq qərarına gəlib və son 2 həftədə oynadığı "Antalyaspor" və "Başakşəhər" matçlarında heyətə daxil edilməyib.