- Transfer
- 18:38 24.11.2024
“Neftçi” qış fasiləsində ilk transferini hazırlaşır.
90deqiqe.az xəbər verir ki, Plovdiv “Lokomotiv”inin futbolçusu Alfa Konte mövsümün ikinci yarısından paytaxt klubunun uğurları üçün çalışacaq.
Bunu Bolqarıstan təmsilçisinin icraçı direktoru Pavel Kolev, “dsport.bg” saytına açıqlamasında tərəflərin transferdə ortaq məxrəcə gəldiyini təsdiqləyib. Kontenin bu həftə Bakıya gələrək, “Neftçi” ilə müqavilə imzalayacağı gözlənilir.
Sierra leoneli vingerin hazırkı komandası ilə müqaviləsi 2025-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 23 yaşlı ötən ilin martında İsrailin 2-ci liqa təmsilçisi "Hapoel Rishon leZion"dan “Lokomotiv”ə keçib. O, bu mövsüm Bolqarıstan klubunun heyətində 21 matça çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.