8 sentyabr 2024. Bazar günü

Malili futbolçu Rusiya klublarına təklif edildi

"Hull Siti"nin yarımmüdafiəçisi Adama Traore "Spartak", "Dinamo", "ÇSKA" və "Krilya Sovetov"a təklif olunub.


  • Transfer
  • 12:20 15.01.2024
  • Oxunma sayı: 63
Malili futbolçu Rusiya klublarına təklif edildi

"Hull Siti"nin yarımmüdafiəçisi Adama Traore "Spartak", "Dinamo", "ÇSKA" və "Krilya Sovetov"a təklif olunub.

90deqiqe.az xəbər verir ki, futbolçunun agenti Sekou Traore müştərisi üçün illik 800 min avro civarında maaşla 2,5 mövsümlük müqavilə istəyir.

Transfer yalnız yayda, 28 yaşlı futbolçunun Çempionşip təmsilçisi ilə müqaviləsi başa çatdıqda baş tuta bilər.

Traore Çempionşipdə qalmaq istəmir və komanda dəyişmək istəyir. 

Malili futbolçuya İspaniyanın “Las Palmas” və İtaliyanın “Udineze” klubları da iddialıdır.

Qeyd edək ki, Traorenin "Hull Siti" ilə müqaviləsi bu mövsümün sonunda yekunlaşır. O, bu mövsüm komandasının heyətində 21 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.







Transfer

Andre Qomeş Fransa klubunda
  • Transfer
  • 22:32 06.09.2024
Andre Qomeş Fransa klubunda