27 iyul 2024. Şənbə

 "Əl-Hilal" onun üçün 25 milyon ödədi

“Marsel” klubunun müdafiəçisi Renan Lodi karyerasını "Əl-Hilal"da davam etdirəcək.


  • Transfer
  • 16:15 15.01.2024
  • Oxunma sayı: 74
 "Əl-Hilal" onun üçün 25 milyon ödədi

“Marsel” klubunun müdafiəçisi Renan Lodi karyerasını "Əl-Hilal"da davam etdirəcək.

90deqiqe.az “Footmercato”ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi bu transfer ilə bağlı Fransa klubu ilə razılığa gəlib.

Səudiyyəlilər 25 yaşlı futbolçu qarşı tərəfə 22 milyon avro və daha 3 milyon avro bonus ödəyəcək. Futbolçunun maaşının 3 dəfə artacağı da bildirilir.

Bundan əvvəl Lodinin 2019-2023-cü illərdə çıxış etdiyi "Atletiko Madrid"in bu müqavilədən pay alacaq.

Xatırladaq ki, müdafiəçi bu mövsüm bütün turnirlərdə 23 matçda iştirak edib, 1 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir