27 iyul 2024. Şənbə

Xviça İngilətərə nəhənginin hədəfində

"Napoli" klubunun vingeri Xviça Kvaratsxeliya karyerasını "Mançester Siti"də davam etdirə bilər.


  • Transfer
  • 20:55 15.01.2024
  • Oxunma sayı: 89
Xviça İngilətərə nəhənginin hədəfində

"Napoli" klubunun vingeri Xviça Kvaratsxeliya karyerasını "Mançester Siti"də davam etdirə bilər.

90deqiqe.az xəbər verir ki, bu barədə Mail Sport məlumat yayıb.

Mənbənin sözlərinə görə, "şəhərlilər" qış transfer pəncərəsində heyətini gürcü oyunçu ilə gücləndirməyi planlaşdırır.

Klub hazırda Xviça ilə yanaşə daha 2 futbolçunun transferini nəzərdən keçirir.Bunlar Pedro Neto (Vulverhempton) və Saviodur (Jirona).

Xviçanın neapollularla müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tulub. O, A Seriya təmsilçisinin heyətində 26 matçda iştirak edib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bu mövsüm İngiltərə Premyer Liqasında 20 oyun keçirən "Mançester Siti" 43 xal toplaya bilib.

Hazırda Pep Qvardiolanın komandası “Liverpul”dan 2 xal geri qalaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

 







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir