27 iyul 2024. Şənbə

"Nyukasl" bu futbolçunun transferindən imtina etdi

İngiltərənin "Nyukasl Yunayted" klubu "Mançester Siti"nin yarımmüdafiəçisi Kalvin Fillipsin transferindən imtina edib.


  • Transfer
  • 21:12 15.01.2024
  • Oxunma sayı: 82
"Nyukasl" bu futbolçunun transferindən imtina etdi

İngiltərənin "Nyukasl Yunayted" klubu "Mançester Siti"nin yarımmüdafiəçisi Kalvin Fillipsin transferindən imtina edib.

90deqiqe.az xəbər verir ki, bu barədə The Telegraph məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, "sağsağanlar" ingilis futbolçunu mövsümün sonuna qədər icarəyə götürmək istəsələr də, “şəhərlilər”in həddən artıq çox icarə haqqı ilə yanaşı onun yayda məcburi satınalma məbləği istəyib.

Transfermarkt internet portalının məlumatına görə, 28 yaşlı futbolçu 2022-ci ilin yayında "Lids Yunayted"dən 49 milyon avroya "Siti"nin düşərgəsinə keçib.Bu mövsüm Fillips komandanın heyətində çıxış etdiyi bütün turnirlərdə cəmi 10 oyun keçirib. 319 dəqiqə meydanda olub və yalnız bir qol vurub. Eyni zamanda, Phillipsin bazar dəyəri 28 milyon avrodur.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir