- Transfer
- 18:38 24.11.2024
"Atletiko Madrid"in müdafiəçisi Çağlar Söyüncü yaxın gələcəkdə klubunu dəyişə bilər.
90deqiqe.az xəbər verir ki, bu barədə jurnalist Yağız Sabunçoğlu "X" sosial şəbəkə hesabında yazıb.
O, “Fənərbaxça”nın 27 yaşlı futbolçunu öz sıralarına qoşulmağa razı saldığını bildirib.
İstanbul klubu artıq "Atletiko" ilə əlaqə saxlayıb və Söyuncunu icarəyə götürmək təklifi edib. İndi “kanareykalar” “döşək ustalarının” cavabını gözləyirlər.
2023/2024 mövsümündə Çağlar Söyüncü Madrid klubunun heyətinə cəmi 9 matçda iştirak edib. Onun komanda ilə müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, nüfuzlu Transfermarkt portalı Söyüncüyü 12 milyon avro qiymətləndirir.