25 oktyabr 2024. Cümə

Bu iki klub Araujo üçün yarışacaq

"Barselona"nın müdafiəçisi Ronald Araujo yay transfer pəncərəsində klubunu dəyişə bilər.


  • Transfer
  • 22:51 15.01.2024
  • Oxunma sayı: 73
Bu iki klub Araujo üçün yarışacaq

"Barselona"nın müdafiəçisi Ronald Araujo yay transfer pəncərəsində klubunu dəyişə bilər.

90deqiqe.az  xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O, uruqvaylı futbolçu üçün iki dünya nəhəngi - "Bavariya" və "Mançester Yunayted" yarışdığını bildirib. Hər iki klub gələn yay "Barselona"ya təklif göndərəcək. "Blaugrana" 80 milyon avrodan aşağı olan təklifləri nəzərə almayacaq.

Araujo 2018-ci ildən "Barselona"da çıxış edir. Bu mövsüm müdafiəçi "blaugrana"nın heyətində bütün turnirlərdə 20 oyun keçirib və bir qol vurub. Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 70 milyon avrodur.







Transfer