- Transfer
- 18:38 24.11.2024
"Araz-Naxçıvan" klubu heyətini daha bir futzalçı ilə gücləndirib.
Bu barədə 90deqiqe.az-a Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Ölkə çempionu braziliyalı Dioqo Auqusto ilə anlaşıb. Oyunçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın uğuru üçün çalışacaq.
Qeyd edək ki, 24 yaşlı futzalçı ölkəsində “Taboao da Serra” və “San Paulu” klubunda çıxış edib. “Araz-Naxçıvan” bunadək Miloş Todoriç, Həsənəli Rəhimov və Andre Korrea dos Santos Juniorla anlaşıb.