8 sentyabr 2024. Bazar günü

"Borussiya" onunla bağlı qərarını verdi

Dortmund "Borussiya"sının rəhbərliyi 34 yaşlı yarımmüdafiəçi Marko Roys ilə gələn ilin yayında başa çatacaq müqaviləsini uzatmayacaq.


  • Transfer
  • 15:24 16.01.2024
  • Oxunma sayı: 81
"Borussiya" onunla bağlı qərarını verdi

Dortmund "Borussiya"sının rəhbərliyi 34 yaşlı yarımmüdafiəçi Marko Roys ilə gələn ilin yayında başa çatacaq müqaviləsini uzatmayacaq.

90deqiqe.az xəbər verir ki, bu barədə Sport Bild xəbər verir.

Mənbənin sözlərinə görə, arıların cari mövsümün sonunda Roysla müqaviləni uzadacağı ehtimalı çox azdır. Bununla belə, alman futbolçunun karyerasını adı açıqlanmayan başqa Bundesliqa klubunda davam etdirə biləcəyi vurğulanır.

Xatırladaq ki, Reus 2012-ci ildən "Borussiya"da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 410 matçda iştirak edib, 167 qol vurub, 124 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 7 milyon avrodur.







Transfer

Andre Qomeş Fransa klubunda
  • Transfer
  • 22:32 06.09.2024
Andre Qomeş Fransa klubunda