- Transfer
- 01:36 15.08.2026
“Arsenal” klubunun yeni texniki direktoru müəyyənləşib.
Corner.az xəbər verir ki, "Topçular" bu vəzifəyə keçmiş futbolçusu Edunu gətirib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.Keçmiş braziliyalıfutbolçu 2001-2005-ci illər aralığında “Arsenal”da çıxış edib. O, London klubunun heyətində iki dəfə İngiltərə çempionu olub.
Qeyd edək ki, Edu, 2010-cu ildə zədə səbəbindən karyerasını bitirmək məcburiyyətində qalıb.