25 oktyabr 2024. Cümə

"Benfika" futbolçusu üçün bu klubun təklifini rədd edib

"Benfika" yarımmüdafiəçi João Nevesin transferi üçün heç bir klubla danışıqlar aparmayıb..


  • Transfer
  • 22:00 16.01.2024
  • Oxunma sayı: 96
"Benfika" futbolçusu üçün bu klubun təklifini rədd edib

"Benfika" yarımmüdafiəçi João Nevesin transferi üçün heç bir klubla danışıqlar aparmayıb..

90deqiqe.az xəbər verir ki, bu barədə Lissabon klubunun mətbuat xidməti məlumat yayıb.

“Benfika rəhbərliyi Nevesin transferi ilə bağlı “Mançester Yunayted” və ya digər klublarla danışıqlara aparmayın. Biz gələcəkdə də bunu etmək niyyətində deyilik”, -  deyə, rəsmi açıqlamada bildirilib.

Bu mövsüm Neves "Benfika"nın heyətində bütün turnirlərdə 28 oyun keçirib və 1 qol vurub və bir məhsuldar ötürmə edib. 19 yaşlı futbolçunun Portuqaliya klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 45 milyon avrodur.







Transfer