25 oktyabr 2024. Cümə

Mourinyonun maraqlı STATİSKASI

Alman çalışdırıcı Yurgen Kloppun "Liverpool"a təyinatından sonra Joze Mourinyo dörd dəfə qovulub.


  • Transfer
  • 22:33 16.01.2024
  • Oxunma sayı: 73
Mourinyonun maraqlı STATİSKASI

Alman çalışdırıcı Yurgen Kloppun "Liverpool"a təyinatından sonra Joze Mourinyo dörd dəfə qovulub.

90deqiqe.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 2015-ci ilin oktyabrında Yurgen Kloppun "Liverpul"a təyinatından sonra dörd dəfə istefaya göndərilib.

O vaxtdan bəri Mourinyo İngiltərənin "Çelsi", "Mançester Yunayted" və "Tottenhem"dən qovulub və bu gün İtaliya "Roma"sını tərk edib.

Xatırladaq ki, Mourinyonu "Roma"nın baş məşqçisi postunda "Qurdlar"ın sabiq yarımmüdafiəçisi Daniele De Rossi əvəzləyib. Eyni zamanda, hazırda İtaliya A Seriyasında keçirilən 20 oyundan sonra “Roma” 29 xal toplayıb və 9-cu pillədə qərarlaşıb.

Bundan başqa, Joze Mourinyonun rəhbərliyi altında 2021/2022 mövsümündə İtaliyanın “Roma”sı Konfrans Liqasının, 2022/2023 mövsümündə isə “canavarlar” Avropa Liqasının finalına yüksəlib.







Transfer