- Transfer
- 18:38 24.11.2024
"Çelsi"nin hücumçusu Armando Broya başqa kluba icarəyə verilə bilər.
90deqiqe.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.
Mənbənin məlumatına görə, “zadəganlar”ın baş məşqçisi Maurisio Poçettino qış transferində yeni forvard almaqda israrlıdır. Belə getsə, londonlular Broyanı komandada saxlamayacaq və onun oyun praktikası üçün başqa kluba getməsinə icazə verəcəklər.
22 yaşlı futbolçunun xidmətində "Vulverhempton" klubu maraqlıdır. “Canavarlar” ilk fürsətdə “Çelsi”yə təklif göndərməyə hazırdır.
Broya 2009-cu ildən "Çelsi"dədi. Bu mövsüm alban forvard "mavilər"in heyətində bütün turnirlərdə 17 oyun keçirib və iki qol vurub. Futbolçunun London klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 28 milyon avrodur.