8 sentyabr 2024. Bazar günü

"Tottenhem"dən "Brentford"a

"Tottenhem"in sol cinah müdafiəçisi Serxio Reqilon "Brentford"a keçməyə yaxındır.


  • Transfer
  • 23:14 16.01.2024
  • Oxunma sayı: 78
"Tottenhem"dən  "Brentford"a

"Tottenhem"in sol cinah müdafiəçisi Serxio Reqilon "Brentford"a keçməyə yaxındır.

90deqiqe.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter)  yazıb.

O, “Brentford” rəhbərliyinin londonlularla bu mövsümün sonuna kimi müdafiə meyilli oyunçunu icarəyə götürmək üçün danışıqlar apardığını bildirib. Hazırda danışıqlar son mərhələdədir. Yekun qərarı 27 yaşlı futbolçunun verəcəyi gözlənilir.

Bu mövsüm Reqilon icarə əsasında "Mançester Yunayted"də çıxış edib. Müdafiəçi "qırmızı şeytanlar"ın heyətində bütün turnirlərdə 12 matçda iştirak edib, qol vura bilməyib. Futbolçunun “Tottenhem”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə müdafiəçinin təxmini dəyəri 10 milyon avrodur.







Transfer

Andre Qomeş Fransa klubunda
  • Transfer
  • 22:32 06.09.2024
Andre Qomeş Fransa klubunda