31 mart 2026. Çərşənbə axşamı

"Yuventus"dan Henderson açıqlaması

"Yuventus"un idman direktoru Kriştiano Giuntoli "Əl-İttifaq"ın yarımmüdafiəçisi Cordan Hendersonla bağlı iddialardan danışıb. 


  • Transfer
  • 00:14 17.01.2024
  • Oxunma sayı: 167
"Yuventus"dan Henderson açıqlaması

"Yuventus"un idman direktoru Kriştiano Giuntoli "Əl-İttifaq"ın yarımmüdafiəçisi Cordan Hendersonla bağlı iddialardan danışıb. 

90deqiqe.az xəbər verir ki, funksioner, ingilis futbolçu ilə maraqlanmadıqlarını bildirib.

“Hendersonun mümkün imzalanması? Hazırkı transfer pəncərəsində aktiv olmamaq qərarına gəldik. "Yuventus" heç bir futbolçu almayacaq. Futbolçularımıza güvənmək istəyirik. Bu, hazırda klubun seçimidir”

Henderson 2023-cü ilin yayından “Əl-İttifaq”da çıxış edir. Buna qədər yarımmüdafiəçi 12 il "Liverpul"da çıxış edib. Bu mövsüm Henderson bütün yarışlarda 19 matçda iştirak edib və 5 məhsuldar ötürmə edib.

İngilis futbolçunun hazırkı klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalının məlumatına görə, futbolçunun təxmini dəyəri 7,5 milyon avro təşkil edir.Daha əvvəl "Nyukasl"ın Hendersonla maraqlandığı məlum olub.







Transfer

 Brahim Dias üçün 50 milyon avro
  • Transfer
  • 23:42 30.03.2026
Brahim Dias üçün 50 milyon avro