31 mart 2026. Çərşənbə axşamı

"Beşiktaş" rusiyalı futbolçu alır

“Beşiktaş” klubu heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır.


  • Transfer
  • 00:23 17.01.2024
  • Oxunma sayı: 162
"Beşiktaş" rusiyalı futbolçu alır

“Beşiktaş” klubu heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır.

90deqiqe.az “Sabah”a istinadən xəbər verir ki, Moskvanın “Lokomotiv” klubunun yarımmüdafiəçisi Anton Mirançuk İstanbul klubuna keçməyə razılaşıb.

Mənbənin sözlərinə görə, Mirançuk Moskva təmsilçisinin yeni müqavilə təklifini qəbul etməyib, çünki adıçəkilən komanda onun maaşını 2,4 milyon avrodan 1,2 milyon avroya endirmək istəyirdi.Bu səbəbdən Anton “Beşiktaş”a keçməyə razılıq verib. Rusiyalı futbolçunun 3 milyon avro maaş tələb etdiyi üçün  tərəflər arasında danışıqlar davam edir.

Xatırladaq ki, daha əvvəllərdə "Beşiktaş"ın Anton Mirançukla maraqlandığı haqda iddialar yayılmışdı.

Bu mövsüm 28 yaşlı oyunçu bütün turnirlərdə moskvalıların heyətində 24 oyun keçirib, dörd qol vurub və beş məhsuldar ötürmə edib. Eyni zamanda, Mirançukun "Lokomotiv"lə müqaviləsi 2024-cü ilin yayında başa çatır.







Transfer

 Brahim Dias üçün 50 milyon avro
  • Transfer
  • 23:42 30.03.2026
Brahim Dias üçün 50 milyon avro