15 avqust 2026. Şənbə

Pogba heç bir səhv etmədi - Rayola


  • Transfer
  • 11:19 10.07.2019
  • Oxunma sayı: 507
Pogba heç bir səhv etmədi - Rayola

Uzun müddətdir adı “Real” və “Juventus”la iddia edilən “Manchester United”in futbolçusu Pol Pogbanın meneceri Mino Rayola açıqlama verib.

Corner.az “Mirror”a istinadən xəbər verir ki, meneceri, Pogbanın klubuyla razılığa gələcəyinə ümid etdiyini bildirib:

“Pogba səhv bir hərəkət etmədi. O, hər zaman peşəkar və hörmətli davranıb. Onun arzusu başqadır və bu arzusuna çatmaq istəyir. “Manchester United” də onun istəklərini bilir. Rəhbərlik bəzi məsələləri mətbuata fərqli çatdırır.Biz də bu istiqamətdə işlərimizi davam etdiririk. Ümid edirəm ki, tezliklə hər kəs üçün uyğun bir həll yolu tapılacaq”.







Transfer