- Transfer
- 18:38 24.11.2024
İtaliya millisinin sabiq qapıçısı Salvatore Siriqu karyerasını Türkiyənin "Fatih Karagümrük" klubunda davam etdirəcək.
90deqiqe.az xəbər verir ki, müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, 2023-cü ildən Frans "Nitsa"sında çıxış edən 37 yaşlı qapıçı bu mövsüm meydana çıxmayıb. O, karyerasını ərzində PSJ, "Sevilya", "Napoli", "Fiorentina", "Osasuna", "Cenoa", "Torino" və "Palermo" kimi klubların uğurları üçün çalışıb.