25 oktyabr 2024. Cümə

"Beşiktaş"dan Mirançukla bağlı açıqlama

"Beşiktaş"ın baş direktoru Samet Aybaba yarımmüdafiəçi Anton Mirançukun "Lokomotiv"dən transfer oluna biləcəyi ilə bağlı yayılan xəbərlərə cavab verib.


  • Transfer
  • 17:39 17.01.2024
  • Oxunma sayı: 101
"Beşiktaş"dan Mirançukla bağlı açıqlama

"Beşiktaş"ın baş direktoru Samet Aybaba yarımmüdafiəçi Anton Mirançukun "Lokomotiv"dən transfer oluna biləcəyi ilə bağlı yayılan xəbərlərə cavab verib.

90deqiqe.az xəbər verir ki, Aybaba, 28 yaşlı futbolçu ilə bağlı hər hansı bir razılıq əldə olunmadığını bildirib.

"Anton Mirançuk Beşiktaşa gedir? Bu doğru deyil. Ancaq, transfer siyahımızda adı var."

Bundan əvvəl futbolçunun meneceri futbolçunun müqaviləsinin sonuna kimi Rusiyada qalacağını və yayda karyerasını harada davam etdirəcəyinə qərar verəcəyini bildirmişdi.

Bu mövsüm 28 yaşlı oyunçu bütün turnirlərdə moskvalıların heyətində 24 oyun keçirib, dörd qol vurub və beş məhsuldar ötürmə edib. Eyni zamanda, Mirançukun "Lokomotiv"lə müqaviləsi 2024-cü ilin yayında başa çatır.







Transfer