20 aprel 2026. Bazar ertəsi

"Napoli"də yeni müqavilə

"Napoli" vingeri Matteo Politanonun yaxın vaxtlarda  müqaviləsini uzadacaq. 


  • Transfer
  • 18:25 17.01.2024
  • Oxunma sayı: 167
"Napoli"də yeni müqavilə

"Napoli" vingeri Matteo Politanonun yaxın vaxtlarda  müqaviləsini uzadacaq. 

90deqiqe.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Tərəflər mövsümdə təxminən 3 milyon avro maaşla 3 illik müqavilə imzalayıb.

Politano 2020-ci ildən "Napoli"də çıxış edir. Bu mövsüm cinah oyunçusu partenopeylilərin heyətində bütün yarışlarda 26 oyun keçirib və bu oyunda 7 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun İtaliya klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin iyunun sonuna kimidir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 15 milyon avrodur.

Daha əvvəl "Napoli"nin yarımmüdafiəçisi Piotr Zielinskinin azad agent kimi "İnter"ə gedə biləcəyi barədə məlumat yayılmışdı.







Transfer