25 oktyabr 2024. Cümə

Firminonun qərarı nə olacaq?

"Əl-Əhli"nin hücumçusu Roberto Firmino qış transfer pəncərəsində klubunu dəyişməkdə maraqlı deyil.


  • Transfer
  • 18:48 17.01.2024
  • Oxunma sayı: 82
Firminonun qərarı nə olacaq?

"Əl-Əhli"nin hücumçusu Roberto Firmino qış transfer pəncərəsində klubunu dəyişməkdə maraqlı deyil.

90deqiqe.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Futbolçunun ətrafı əmindir ki, braziliyalı karyerasını Səudiyyə Ərəbistanında davam etdirməlidir. Futbolçunun özü də eyni fikirdədir və heç olmasa yaya qədər indiki komandasını tərk etmək istəmir.

Daha əvvəl “Çelsi” klubunun 32 yaşlı forvardla maraqlanacağı ilə bağlı xəbərlər yayılmışdı.

Firmino keçən yay azad agent kimi "Liverpul"dan "Əl Əhli"yə keçib. Bu mövsüm hücumçu bütün turnirlərdə 19 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun Səudiyyə klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 10 milyon avrodur.







Transfer