25 oktyabr 2024. Cümə

Bundesliqa nəhəngi onunla güclənir

 İtaliya "Torino"sunun müdafiəçisi Alessandro Buongiorno karyerasını "Bavariya"da davam etdirə bilər.


  • Transfer
  • 20:27 17.01.2024
  • Oxunma sayı: 100
Bundesliqa nəhəngi onunla güclənir

 İtaliya "Torino"sunun müdafiəçisi Alessandro Buongiorno karyerasını "Bavariya"da davam etdirə bilər.

90deqiqe.az xəbər verir ki, Tomas Tuçelin şəxsən özü  italyan futbolçunu komandasında görmək istədiyini rəhbərliyə bildirib.

Futbolçunun xidmətində eyni zamanda "Milan"  da maraqlıdır.

“Bavariya” bununla yanaşı PSJ-nin futbolçusu Nordi Mukieleni də transferini nəzərdən keçirir.

Fransız futbolçunun icarə müqaviləsi Buongiornonun transferini istisna etmir, çünki Münhen klubu Matthijs de Liqtin zədə tarixinə görə komandanın başqa müdafiəçidən istifadə edə biləcəyinə inanır.

Qeyd edək ki, Alessandro bu mövsüm A Seriya klubunun heyətində 19 matçda iştirak edib, 3 qol vurub və bir məhsuldar ötürmə edib. Onun "Torino" ilə müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Transfermarkt 24 yaşlı Buongiornonu 22 milyon avroya qiymətləndirir.







Transfer