27 iyul 2024. Şənbə

"Portu"nun hücumçusu İtaliya nəhəngində

"Portu"nun hücumçusu Mehdi Taremi karyerasını "İnter"də davam etdirəcək.


  • Transfer
  • 21:13 17.01.2024
  • Oxunma sayı: 75
"Portu"nun hücumçusu İtaliya nəhəngində

"Portu"nun hücumçusu Mehdi Taremi karyerasını "İnter"də davam etdirəcək.

90deqiqe.az-ın məlumatına görə, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O, tərəflərin daha bir mövsüm uzadılması şərti ilə 2 illik razılığa gəldiyini qeyd edib. Rəsmi açıqlamanın Asiya Kuboku-2024 başa çatdıqdan sonra gözlənilir. 31 yaşlı forvard bu turnirdə İran millisini təmsil edir.

Taremi 2020-ci ildən "Porto"da çıxış edir. Bu mövsüm forvard "Əjdahalar"ın heyətində bütün turnirlərdə 25 oyun keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun Portuqaliya klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 12 milyon avrodur.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir