27 iyul 2024. Şənbə

"Aston Villa" 18 yaşlı futbolçu transfer etdi

"Srvena Zvezda"nın müdafiəçisi Kosta Nedelkoviç bu mövsümün sonunda "Aston Villa"ya keçəcək.


  • Transfer
  • 22:03 17.01.2024
  • Oxunma sayı: 82
"Aston Villa" 18 yaşlı futbolçu transfer etdi

"Srvena Zvezda"nın müdafiəçisi Kosta Nedelkoviç bu mövsümün sonunda "Aston Villa"ya keçəcək.

90deqiqe.az-ın məlumatına görə, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O, tərəflərin sövdələşmənin bütün əsas şərtləri üzrə razılığa gəldiyini bildirib. 18 yaşlı futbolçu cümə günü tibbi müayinədən keçmək üçün İngiltərəyə gedəcək. Gənc futbolçu müqavilə bağladıqdan sonra mövsümün sonuna kimi Serbiya klubuna icarəyə veriləcəyi bildirilir.

Nedelykoviç “Srvena Zvezda”nın məzunudur. Bu mövsüm müdafiəçi bütün turnirlərdə 17 oyun keçirib və bir məhsuldar ötürmə edib. Futbolçunun Serbiya klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 2,5 milyon avrodur.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir