8 sentyabr 2024. Bazar günü

Benzema İngiltərəni istəyir

"Əl-İttihad"ın hücumçusu Kərim Benzema karyerasını İngiltərədə davam etdirə bilər.


  • Transfer
  • 23:25 17.01.2024
  • Oxunma sayı: 83
Benzema İngiltərəni istəyir

"Əl-İttihad"ın hücumçusu Kərim Benzema karyerasını İngiltərədə davam etdirə bilər.

90deqiqe.az-ın ESPN-ə istinadən məlumatına görə, fransız futbolçu təlim-məşq toplanışından kənarlaşdırıldıqdan sonra bu qərarı verib

Bildirilir ki, 36 yaşlı forvardın prioriteti Premyer Liqa klubunda oynamaqdır.

Benzema ötən yay azad agent kimi "Əl İttihad"a keçib. Bu mövsüm forvard bütün turnirlərdə 24 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun Səudiyyə klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 15 milyon avrodur.

Daha əvvəl "Çelsi"nin Benzema ilə maraqlandığı bildirilirdi.







Transfer

Andre Qomeş Fransa klubunda
  • Transfer
  • 22:32 06.09.2024
Andre Qomeş Fransa klubunda