25 oktyabr 2024. Cümə

"Çelsi" onu 50 milyona satır

"Çelsi" hücumçusu Armando Broyanı satmağa hazırlaşır.


  • Transfer
  • 09:28 18.01.2024
  • Oxunma sayı: 111
"Çelsi" onu 50 milyona satır

"Çelsi" hücumçusu Armando Broyanı satmağa hazırlaşır.

90deqiqe.az xəbər verir ki, London klubu alban oyunçunu 50 milyon funt-sterlinq dəyərində qiymətləndirir. Bu, "zadəganlar"ın forvardın transferindən qazanmaq istədiyi məbləğdir.

"Çelsi" bu addımı ona görə atıb ki, digər komandalar hücumçularına çox dəyər veriblər. Məsələn, "Brayton" Evan Fergusonu cəmi 100 milyon funt-sterlinqə buraxmağa hazırdır.

22 yaşlı futbolçunun London klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Broya bu mövsüm Premyer Liqa klubunun forması ilə 17 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.







Transfer