- Transfer
- 18:38 24.11.2024
Azərbaycan millisinin və "Qarabağ" klubunun futbolçusu Rahil Məmmədov karyerasını Polşada davam etdirə bilər.
90deqiqe.az "Weszlo" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi LKS (Lodz) komandasında top qova bilər.
Transferin tezliklə açıqlanacağı vurğulanıb.
Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Rahil Məmmədov 2018-ci ildən "Qarabağ"ın uğurları üçün çalışır. LKS (Lodz) hazırda Polşa Ekstraklasasında 18 oyundan sonra 10 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb.
Millimizin üzvü Ağdam klubunda bu mövsüm 10 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.Onun Azərbaycan çempionu ilə müqaviləsi bu ilin yayında qədər nəzərdə tutulub.