- Transfer
- 18:38 24.11.2024
"Əl-İttihad"ın fransalı hücumçusu Kərim Benzema karyerasını "Arsenal"da davam etdirə bilər.
90deqiqe.az xəbər verir ki, "topçular" təcrübəli forvardı mövsümün sonuna qədər icarəyə götürmək niyyətindədir.
Mənbənin məlumatına görə, 36 yaşlı futbolçunun transferi uğrunda mübarizədə "topçular" "Çelsi"si ilə yarışacaq.
Benzema ötən yay azad agent kimi "Əl İttihad"a keçib. Bu mövsüm forvard bütün turnirlərdə 24 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun Səudiyyə klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 15 milyon avrodur.
“Arsenal” bu mövsüm İngiltərə Premyer Liqasında 20 turdan sonra 40 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.