- Transfer
- 18:38 24.11.2024
"Əl-İttifaq"ın baş məşqçisi Stiven Cerrard Səudiyyə klubu ilə gələn ilin yayında başa çatacaq müqaviləsini iki il müddətinə uzatmağa hazırdır.
90deqiqe.az xəbər verir ki, bu barədə məşhur jurnalist və insayder Devid Ornşteyn "X" sosial şəbəkəsində yazıb.
O, klub rəhbərliyinin ingilis mütəxəssisi bundan sonra da maddi cəhətdən dəstəkləyəcəklərinə, xüsusilə, yeni oyunçuların alınmasından, klubun inkişafı ilə bağlı lazımi olan hər şeyin edəcyinə inandırdığını qeyd edib.
Cerrard 2023-cü ilin yayında “Əl-İttifaq”ı çalışdırır. “Liverpul”un keçmiş kapitanı peşəkar məşqçilik karyerasının əvvəlində “Aston Villa” və “Reyncers”də çalışıb. Cerrard həm də “Liverpul”un gənclər komandasını çalışdırıb.
"Əl İttifaq" 19 turundan sonra 25 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.