- Transfer
- 18:38 24.11.2024
"Lill"in müdafiəçisi Leni Yoron karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.
90deqiqe.az xəbər verir ki, "qırmızı şeytanlar" yaxın günlərdə gənc futbolçu üçün klubuna təklif göndərəcək.
Yoronun xidmətində "Real Madrid", "Bavariya", "Liverpul", "Çelsi" və PSJ klubları da maraqlıdır.
Fransanın gənclərdən ibarət yığmasının üzvü "Lill"in yetirməsidir. Onun müqaviləsi 2025-ci ilin yayında başa çatır. Bu mövsüm mərkəz müdafiəçisi 23 oyun keçirib, 3 qol vurub və 3 sarı vərəqə alıb. Transfermarkt portalı 18 yaşlı fransızı 25 milyon avro dəyərində qiymətləndirir.