- Transfer
- 18:38 24.11.2024
Təlim-məşq toplanışını Türkiyədə keçirən “Sabah” bu zaman ərzində iki yoldaşlıq görüşündə gücünü sınadı. Paytaxt klubu Ruminya “Rapid”inə 2-1 qalib gəlsə də, Ukraynanın “Vorskla” klubuna 0-3 uduzdu.
90deqiqe.az xəbər verir ki, toplanışdan sonra Bakıya dönən "Sabah" doğma meydanda məşq edir. Qış fasiləsinə 8-ci pillədə yollanan komandanın baş məşqçisi Murad Musayev əvvəlcə Türkiyə toplanışını dəyərləndirib.
“Bunu tam olaraq təlim-məşq toplanışı adlandırmaq olmaz. Çempionatdakı fasilə çox qısa idi, buna görə də futbolçular formalarını qoruyub saxlayıblar. Təlim-məşq toplanışlarına ayrılan vaxt məhdud olduğu üçün həmin müddətə mümkün qədər çox sayda fərqli məşqlər yerləşdirməyə çalışdıq. Prinsipcə razıyıq. Lakin nə qədər razı olduğumuzu fasilədən sonrakı ilk turlarda qiymətləndirə biləcəyik”.
Rusiyalı mütəxəssis "Neftçi" ilə oyun, rəqibi çalışdıran Miodraq Bojoviç barədə fikirlərini bölüşüb.
“Bizim oyunlarımız həmişə gərgin mübarizə şəraitində keçir. Hər iki komanda hücummameylli oyun nümayiş etdirir. Düşünürəm ki, emosiyalar və keyfiyyətli futbolun olduğu belə qarşılaşmalar azarkeşlərin xoşuna gəlir. Ümid edirəm ki, bazar günü azarkeşlərimizi və futbolsevərləri yaxşı oyunla sevindirə biləcəyik. Miodraq Bojoviç çox təcrübəli məşqçidir, onu təəccübləndirmək çətindir. Lakin biz kimisə təəccübləndirmək yox, qalib gəlmək istəyirik”.