- Transfer
- 18:38 24.11.2024
İcarə əsasında "Everton"da çıxış edən hücumçu Arnaud Danjuma karyerasını Fransada davam etdirə bilər.
90deqiqe.az xəbər verir ki, Fransa "Lion"u 26 yaşlı forvardı transfer etməyə yaxındır.
Danjuma artıq "Lion"a transferlə razılaşıb. Razılaşmada birdəfəlik alma şərti ilə mövsümün sonuna qədər icarə əsasında keçidi baş tutacaq.
Danjuma hazırda müqavilə ilə İspaniyanın "Vilyarreal" klubuna məxsusdur. Onun "sualtı qayıqçılar"la müqaviləsi bu mövsümün yayına qədər nəzərdə tutulub.
Arnaud bu mövsüm Şon Dayşın komandasında müntəzəm olaraq çıxış etməyib. Hollandiyalı hazırkı İngiltərə Premyer Liqasında cəmi 499 dəqiqə meydanda olub.