- Transfer
- 18:38 24.11.2024
Türkiyənin "Beşiktaş" klubu heyətdən kənarlaşdırdığı futbolçusu Valanten Rozier karyerasını Fransada davam etdirəcək.
90deqiqe.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi icarə əsasında Fransa "Nitsa"sında çıxış edəcək.
Liqa 1 təmsilçisi onun maaşını ödəməklə yanaşı, eyni zamanda Rozieri birdəfəlik almaq hüququna malik olacaq.
Fransa futbolçunun İstanbul klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Rozier 2020-ci ildən "qara qartallar"da çıxış edir. Futbolçu "Beşiktaş"da ötən ilin dekabrında əsas heyətdən kənarlaşdırılmışdı.
O, bu mövsüm komandanın heyətində 21 matça çıxıb və 2 məhsuldar ötürmə edib.