8 sentyabr 2024. Bazar günü

"Bavariya"nın yeni hədəfi

"Leypsiq"də icarə əsasında çıxış edən Xavi Simons "Bavariya"ya keçə bilər


  • Transfer
  • 18:15 18.01.2024
  • Oxunma sayı: 121
"Bavariya"nın yeni hədəfi

"Leypsiq"də icarə əsasında çıxış edən Xavi Simons "Bavariya"ya keçə bilər

90deqiqe.az-ın məlumatına görə, Münhen klubu gələn yay 20 yaşlı yarımmüdafiəçini almaq üçün təklif göndərəcək.

"Leypsiq" də öz növbəsində PSJ ilə icarə müddətinin 2024/2025 mövsümünün sonuna qədər uzadılması ilə bağlı danışıqlar aparmağı planlaşdırır. Futbolçunun özü və Paris klubu hələ gələcəklə bağlı qərar verməyib.

Bu mövsüm Simons Leypsiq üçün bütün yarışlarda 26 oyun keçirib və bu matçlarda 6 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçunun PSJ ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimidir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 70 milyon avrodur.







Transfer

Andre Qomeş Fransa klubunda
  • Transfer
  • 22:32 06.09.2024
Andre Qomeş Fransa klubunda