- Transfer
- 18:38 24.11.2024
İspaniyanın "Eybar" klubunun qapıçısı Luka Zidan, atası "Real Madrid"in keçmiş baş məşqçisi Zinəddin Zidanın hansı kluba rəhbərlik edə biləcəyi ilə bağlı fikirlər səsləndirib.
90deqiqe.az xəbər verir ki, 25 yaşlı qolkiper atasının PSJ-ni çalışdırmaq ehtimalının az olduğunu bildirib.
“Atam haqqında Marseldəki iş kontekstində danışmağım doğru deyil. Ancaq hara işləmək və hansı komandaya məşqçilik etmək istədiyinə yalnız o qərar verəcək. Nə olursa olsun, onun verdiyi qərardan məmnun qalacağıq. Amma onu PSJ-də görmək bir qədər az ehtimaldır (gülümsəyir)"
Xatırladaq ki, Zinəddin Zidan Marseldə anadan olub. 2020-ci ildə mətbuatda Marsel futbol klubunun rəhbərliyinin fransız futbolçunu komandanın baş məşqçisi kimi görmək istəməsi ilə bağlı şayiələr yayılıb. Zidanın son iş yeri Real Madrid olub.