- Transfer
- 18:38 24.11.2024
"Milan" mövsümün sonunda Olivier Jiru ilə yollarını ayıracaq.
90deqiqe.az xəbər verir ki, buna səbəb Seriya A nəhənginin hücum xəttinə daha gənc oyunçu almaq istəyidi
"Rossonerilər" 37 yaşlı Jiruya əvəzedici kimi "Bolonya"nun gənc futbolçusu Coşua Zirkzeni nəzərdən keçirirlər.
Bildirilir ki, niderlandlının hazırkı müqaviləsində 40 milyon avroya satın alma bəndi var.
Qeyd edək ki, son vaxtlar 22 yaşlı Zirkzenin bir çox klublarla bağlı söz-söhbətləri var. Eyni zamanda, Bolonya qışda forvardı tərk etmək variantını da istisna edib. Transfermarkt portalı oyunçunu 30 milyon avro qiymətləndirir.
Gənc futbolçu bu mövsüm Seriya A klubunun heyətində 22 matçda iştirak edib, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.