- Transfer
- 18:38 24.11.2024
Türkiyənin “Başakşəhər” klubunun israilli yarımmüdafiəçisi Eden Kartsev karyerasını ölkəsində davam etdirəcək.
90deqiqe.az xəbər verir ki, Kartsev bu mövsümün qalan hissəsini icarə əsasında Təl-Əviv “Makkabi”sində keçirəcək. Klublar arasında müqavilədə mövsümün sonunda birdəfəlik alma bəndi də yer alıb.
“Karyerama başladığım kluba qayıtdığım üçün şadam. “Makkabi” hazırda mövsümün ortasındadır və qarşıda bizi çoxlu problemlər gözləyir. Komandanın mümkün qədər çox titul qazanmasına kömək etmək üçün əlimdən gələni edəcəyəm. Komanda yoldaşlarım və azarkeşlərimlə görüşməyi səbirsizliklə gözləyirəm”, - Kartsev klubun mətbuat xidmətinə müsahibəsində deyib.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə klubu Fələstinlə münaqişədə Qəzzadakı əməliyyatı dəstəkləyən sosial şəbəkələrdə yazı dərc etdiyinə görə israilli yarımmüdafiəçi Eden Kartsevə qarşı intizam cəzası tətbiq etdiyini açıqlamışdı.