25 oktyabr 2024. Cümə

"Səbail"ə gələn futbolçunun eks komandası "Qarabağ"ın rəqibindən oyunçu aldı


  • Transfer
  • 21:57 18.01.2024
  • Oxunma sayı: 156
"Səbail"ə gələn futbolçunun eks komandası "Qarabağ"ın rəqibindən oyunçu aldı

"Səbail"ə gələn futbolçunun eks komandası "Qarabağ"ın rəqibindən oyunçu aldı 

90deqiqe.az xəbər verir ki, Portuqaliya II liqasında  mübarizə aparan "Mafra" "Qarabağ"ın UEFA Avropa Liqasının pley-offundakı rəqibi "Braqa"dan yeni futbolçu heyətinə cəlb edib. Söhbət 19 yaşlı Miqel Faledən gedir. Gənc sol cinah vingeri təmannasız şəkildə "Mafra" ilə müqavilə imzalayıb. 

Elə "Braqa" yetiməsi olan Miqel bu komandanın heyətində 8 oyunda meydanda olub. Futbolçunun dəyəri 570 min avro olaraq qiymətləndirilir. 

Qeyd edək ki, "Səbail" klubunun çalışdırıcısı Şahin Diniyev bu gün "Mafra"dan Madi Quetanı heyətinə qatdığını açıqlayıb







Transfer