25 oktyabr 2024. Cümə

Henderson "Əl-İttifaq"dan ayrıldı

"Əl-İttifaq" yarımmüdafiəçisi Cordan Hendersonla yollarını ayırıb.


  • Transfer
  • 23:58 18.01.2024
  • Oxunma sayı: 111
Henderson "Əl-İttifaq"dan ayrıldı

"Əl-İttifaq" yarımmüdafiəçisi Cordan Hendersonla yollarını ayırıb.

90deqiqe.az xəbər verir ki, tərəflər müqaviləni ləğv etmək üçün qarşılıqlı razılığa gəliblər.

İngilis futbolçu karyerasını "Ayaks"da davam etdirəcək.

33 yaşlı Henderson 2023-cü ilin yayından "Əl-İttifaq"da çıxış edir. Bundan əvvəl yarımmüdafiəçi İngiltərənin "Liverpul"unda 12 il keçirib. Bu mövsüm Henderson bütün yarışlarda 19 oyun keçirib və 5 məhsuldar ötürmə edib.

İngilis futbolçunun Səudiyyə klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi nəzərdə tutulub. Transfermarkt internet portalının məlumatına görə, futbolçunun təxmini dəyəri 7,5 milyon avro təşkil edir.







Transfer