27 iyul 2024. Şənbə

"Əl-Hilal" Neymarla bağlı qərarını verdi

"Əl-Hilal" hücumçusu Neymar ilə müqaviləni ləğv etməyi planlaşdırmır.


  • Transfer
  • 11:58 19.01.2024
  • Oxunma sayı: 84
"Əl-Hilal" Neymarla bağlı qərarını verdi

"Əl-Hilal" hücumçusu Neymar ilə müqaviləni ləğv etməyi planlaşdırmır.

90deqiqe.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano özünün "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O, Səudiyyə klubunun 31 yaşlı forvardı heyətdən müdafiəçi Renan Lodiyə yer vermək üçün kənarlaşdırdığını qeyd edib.

2023-cü ilin oktyabrında braziliyalı ön çarpaz bağını zədələyib və əməliyyat olunub. Bununla da mövsümün sonuna qədər yaşıl meydanlardan uzaq qalıb.

Neymar 2023-cü ilin avqustunda PSJ-dən "Əl-Hilal"a keçib. Transfer məbləği 90 milyon avro olub.Futbolçunun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt vingeri 45 milyon avro qiymətləndirir.

Bu mövsüm Neymar beş oyun keçirib, bir qol vurub və üç məhsuldar ötürmə edib.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir